image-n1karobka_ads
image-123
image-17466398886457956181_1200x630backend

Ağstafada “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib – FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ağstafa rayonunda tədbir təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda keçirilən dəyirmi masada Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi böyük ehtiramla yad edilib.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanda gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, Vətəninə sahib çıxa biləcək, onu inkişaf etdirəcək nəslin yetişməsinə çalışıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, bütün sahələrdə onların potensial imkanlarının inkişaf etdirilməsi, gənc nəslin Vətənə sevgi ruhunda tərbiyə olunması daim diqqətdə saxlanılır.

Tədbirdə həmçinin, rayonun ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı gənclərlə fikir mübadiləsi aparılıb, onların təklif və müraciətləri dinlənilib.

DOĞRU.AZ

image-17466398883526313714_1200x630 image-17466398882046738830_1200x630 image-17466398885334112280_1200x630 image-1746639888937346986_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki