Macarıstanda parlament seçkilərində qalib gələn Tisza partiyasının lideri Peter Magyar Avropa Birliyinin bayrağının parlament binasının fasadına qaytarılacağını açıqlayıb.
O bildirib ki, Milli Assambleyanın ilk iclasında Macarıstan və Şekeliya bayraqları ilə yanaşı Avropa Birliyi bayrağı da parlament binasında yenidən asılacaq.
Doğru.az xəbər verir ki, Magyar bu barədə sosial media hesabında paylaşım edib.
Xatırladaq ki, 2014-cü ildə parlamentin sədri Laslo Köver qərar qəbul edərək Budapeştdəki parlament binasından Aİ bayrağını götürmüşdü.
Bundan əvvəl Politico nəşri Magyarın Avstriya-Macarıstan İmperiyasını dünya xəritəsinə qaytarmaq istədiyini yazmışdı.
Seçkilərdən sonra müxalifətdə olan Tisza partiyası Macarıstan parlamentində 141 mandat qazanıb.
DOĞRU.AZ

























