image-n1karobka_ads
image-123
image-6879e9c002e8bd3bbe5f2755backend

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib

image-ad_qayo_720x110px

Avropa İttifaqının səfirləri Rusiyaya qarşı növbəti – 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

Doğru.az xəbər verir ki, bu barədə Brüsseldəki diplomatik mənbə jurnalistlərə açıqlamasında məlumat verib.

“Səfirlər 18-ci sanksiya paketini təsdiqləyiblər”, – deyə mənbənin sözlərini TASS yayıb.

Qeyd olunur ki, indi yalnız bu sanksiya paketinin rəsmən təsdiqlənməsi qalır. Aİ Şurası yaxın saatlarda sənədi imzalamalıdır. Daha sonra isə məhdudiyyətlər rəsmən qüvvəyə minəcək.

Xatırladaq ki, bundan əvvəl Slovakiyanın baş naziri Robert Fiko bəyan etmişdi ki, ölkəsi Rusiyaya qarşı yeni sanksiyaların qəbuluna mane olmayacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki