Aİ Türkiyənin BRİKS-ə qoşulması perspektivini şərh edib.
“Hər bir dövlət kimi Türkiyənin də özü üçün nəyin yaxşı olduğuna qərar vermək hüququ var. Münasibətlərimizə gəlincə, Türkiyə Aİ-yə üzv olmağa namizəd ölkədir”, – TASS Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stanodan sitat gətirir.
O, Avropa İttifaqı ilə Türkiyə arasında gömrük ittifaqının və yaxşı ticarət əlaqələrinin olduğunu vurğulayıb.
Bloomberg daha əvvəl Türkiyənin BRICS-ə üzv olmaq üçün müraciət etdiyini bildirmişdi.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ankaranın həqiqətən də bloka qoşulmaqda maraqlı olduğunu təsdiqləyib.
Mənbə TASS