image-2000x150px
image-123
image-ads_atlas
image-2023-05-09t105300z_1143770906_rc2xu0azbq4e_rtrmadp_3_ukraine-crisis-eu-pic_32ratio_900x600-900x600-55900backend

Aİ Ukraynaya köçürdüyü yardımın ümumi məbləğini açıqlayıb

image-728x90px

Xüsusi hərbi əməliyyat başlayandan bəri Avropa İttifaqı Ukraynaya təxminən 90 milyard avro yardım edib ki, bunun da 27 milyard avrosu silah və sursat təchizatıdır.

TASS xəbər verir ki, bunu Vaşinqtondakı Hudson İnstitutunda çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

“Biz artıq Ukraynaya təxminən 90 milyard avro yardım köçürmüşük ki, bunun da 27 milyardı silahdır. Nə qədər lazımdırsa, onların yanında möhkəm dayanmalıyıq. Biz Ukraynanı silahla təmin etməliyik”, – deyə o, hərbi sənayenin genişləndirilməsi və qurulmasının zəruriliyini qeyd edib.

AK rəhbəri həmçinin Rusiyaya qarşı sanksiyaları artırmağa çağırıb və “onların əbədi olaraq qalacağını” iddia edib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki