image-n1karobka_ads
image-123
image-686faba702e8bd79752e468cbackend

Aİ və İsrail Qəzzaya humanitar yardım proqramını genişləndirəcək

image-ad_qayo_720x110px

Avropa İttifaqı və İsrail Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə yardım proqramını genişləndirmək barədə razılığa gəliblər.

Doğru.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas Bloomberg-ə müsahibəsində danışıb. Onun sözlərinə görə, tərəflər konkret şərtlərlə razılaşıblar – fələstinlilərin humanitar yardım və su ala bilməsi üçün yük maşınlarının sayı artırılacaq və daha çox keçid məntəqəsi açılacaq.

Kallas qeyd edib ki, bu razılaşma bölgədəki gərgin humanitar durumu bir qədər yumşaltmağa və ehtiyac içində olan mülki əhaliyə yardım imkanlarını genişləndirməyə yönəlib. Eyni zamanda, Misir və İordaniya vasitəsilə humanitar dəhlizlərin də bərpası nəzərdə tutulur.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Qəzzada atəşkəsin təminatçısı kimi çıxış edəcəyi bildirilmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki