image-ads_n1karobka_mobile
ALi Baş Komandan İlham Əliyev MİLLİ QƏHRƏMAN adına layıqdirbackend

ALi Baş Komandan İlham Əliyev MİLLİ QƏHRƏMAN adına layıqdir

Cənab Prezidentimiz olduqca səriştəli siyasətçi, peşəkar diplomatdır. 44 günlük Vətən savaşında, haqq işimizdə Azərbaycan öz gücünü bütün dünyaya qətiyyətli Ali Baş Komadanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzla göstərdi. Bütün dünya həm sözdə, həm əməldə gücümüzü gördü. Prezident – Ordu – Xalq birliyi əzm, birlik nümunəsidir. Hər zaman olduğu kimi, bu gün də, sabah da Cənab Prezidentimizləyik!

Bu günlərdə həmişəki kimi yanımızda varlığını əsirgəməyən böyük qardaşımız Türkiyə də var. Bu qardaşlıq əsl qardaşlıq nümunəsidir.
Biz birlikdə güclüyük!
Bu möhtəşəm qələbənin əldə edilməsində Sizin müstəsna xidmətiniz var cənab Ali Baş Komandan. Siz Ulu öndər Heydər Əliyev Babamızın vəsiyyətini laiqince yerine yetirdiz.

Ona görə də Sizin şərəfli adınız Azərbaycan tarixində daimi qalacaqdır. Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinizə görə qarşınızda baş əyib Sizə “çox sağ olun!” deyirəm Siz əsl mənada xalqımızın Milli Qəhrəmanısınız. #MənimMilliQəhrəmanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki