image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_24363031_xl-2015-pic905-895x505-45563backend

Alimlər Antarktidanın dəniz buzlaqlarının sürətlə məhv olmasının səbəbini aşkar ediblər

image-728x90px

ABŞ-ın Kolorado Boulder Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi bir qrup buzlaqşünas Antarktidanın dəniz buzlaqlarının dağılmasının səbəbini müəyyən edib. Məlum olub ki, buz sahələri onların səthində yığılan ərimiş suyun ağırlığına tab gətirə bilmir.

Tədqiqat Journal of Glaciology (JOG) elmi nəşrində dərc olunub.

Antarktidada havanın temperaturu yüksəldikdə və buz şelfinin əriməsi zamanı su onu ağırlaşdırır və onun qırılma nöqtəsinə qədər sallanmasına səbəb olur. Bu, dəniz səviyyəsinin qalxmasına kömək edə bilər.

Komanda Antarktika yarımadasındakı VI Georgi dəniz buzlaqına ekspedisiya zamanı müşahidələrini sınaqdan keçirib. Alimlər ərimiş suyun əmələ gətirdiyi buzun səthində çökəklik aşkar ediblər. Tədqiqatçılar buz səthinin hündürlüyündəki dəyişiklikləri qeyd etmək üçün yüksək dəqiqlikli GPS stansiyalarından istifadə ediblər.

Müşahidə məlumatları göstərib ki, hovuzun mərkəzindəki buz suyun təzyiqi səbəbindən təxminən 30 santimetr əyilib.

Komanda həmçinin ərimiş göl hövzəsinin kənarı ilə mərkəzi arasındakı üfüqi məsafənin 30 santimetrdən çox artdığını müəyyən edib.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki