image-n1karobka_ads
image-123
image-alimler-gunesin-heyat-dovrunun-xronologiyasini-tertib-ederek-onun-ne-zaman-oleceyini-mueyyenlesdiribler5243backend

Alimlər: Cari dövrədə günəş aktivliyinin pik həddi keçib

image-ad_qayo_720x110px

Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutu günəş aktivliyinin azalma mərhələsində olduğunu, indiki, 25-ci günəş tsiklində pik nöqtənin keçdiyini bildirib.

“2025-ci ilin may ayında alınan məlumatlar, görünür, nəhayət, cari, 25-ci dövrün maksimumunun keçdiyini təsdiqləyir. Günəş aktivliyi hazırda açıq şəkildə azalma mərhələsindədir”, – laboratoriyanın saytında deyilir.

İlkin məlumata görə, aktivliyin azalması dövrü yalnız 2030-cu ildə başa çatacaq.

“Günəş dövrünün ölçülməsi üçün əsas göstərici olan günəş ləkələrinin sayı indeksi… son bir ayda kəskin şəkildə azalaraq 2022-ci ilin avqust ayından minimum dəyərinə düşüb və 79 vahid təşkil edib… Mövcud vəziyyətə əsasən, 25-ci tsiklin mütləq zirvəsi 2024-cü ilin avqust ayı kimi tanınacaq”, – deyə alimlər əlavə ediblər.

Eyni zamanda vurğulanır ki, günəş tsiklinin azalan fazası hələ də xüsusilə ilk iki-üç ildə böyük alovlar və maqnit qasırğaları riskləri ilə müşayiət olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki