Almaniya iqtisadiyyatı dalana dirənib. Bununla yanaşı, ölkənin bu vəziyyətdən sürətli çıxış yolu yoxdur, – The Wall Street Journal yazır.
Nəşr belə qənaətə Almaniyanın ÜDM-nin 2023-cü ilin sonunda 0,3% azaldığı məlum olduqdan sonra gəlib. WSJ-ə görə, “Avropanın lokomotivi”nin yavaşlaması qitədəki digər ölkələrin hökumətlərinə dəstək vermək qabiliyyətini sual altına qoyur.
Üstəlik, analitiklər 2024-cü ildə Almaniyanın yeni iqtisadi təhlükələrlə üzləşəcəyini ehtimal edirlər. Onların arasında daşınmaz əmlak bazarının potensial çöküşü və Qırmızı dənizdən keçən ticarət yolunun məhv edilməsinin nəticələri var.
Mənbə: Lenta.ru