image-n1karobka_ads
image-123
image-693f77ec02e8bd7d7430259abackend

Almaniya müdafiə naziri: ABŞ vasitəçiliyi ilə Ukrayna danışıqlarının formatı inandırıcı görünmür

image-ad_qayo_720x110px

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynadakı münaqişənin ABŞ vasitəçilərinin iştirakı ilə həlli məqsədilə aparılan hazırkı danışıqlar formatının inandırıcı olmadığını bildirib.

Doğru.az xəbər verir ki, nazir bu fikirləri ZDF televiziya kanalının Heute Journal proqramında səsləndirib. Pistorius ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin danışıqlarda iştirakına diqqət çəkib.

Almaniya Müdafiə Nazirliyinin rəhbəri onların Berlinə səfərini müsbət addım kimi dəyərləndirsə də, nümayəndə heyətinin tərkibinin suallar doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, bu şəxslər belə mürəkkəb və həssas proses üçün ideal seçim hesab edilə bilməz.

“Bu cür danışıqlar üçün, yumşaq desək, ən yaxşı heyət deyil. Amma necə deyərlər, rəqs meydançasında kim varsa, onunla da rəqs edirsən”, – deyə Pistorius qeyd edib.

Xatırladaq ki, Stiv Vitkoff daha əvvəl Berlində Ukrayna nümayəndə heyəti ilə keçirilən danışıqlardan sonra nizamlanma istiqamətində müəyyən irəliləyiş əldə olunduğunu açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki