image-n1karobka_ads
image-123
image-686a3bc0ae5ac9755139c557backend

Almaniya və Polşa sərhəddə qarşılıqlı yoxlamalar tətbiq edir

Almaniya və Polşa sərhəd nəzarətini gücləndirib.

Doğru.az xəbər verir ki, “The Washington Post” nəşri iki ölkə arasında sərhəd siyasəti ilə bağlı gərginlik yaşandığını yazıb. Bildirilir ki, Berlin və Varşava Avropada sərbəst hərəkət prinsipinə maneə yaradan qərarlarla çıxış edirlər.

Qeyd olunur ki, hələ may ayında Almaniya kansleri Fridrix Merz sərhəddə nəzarəti artıraraq, rəsmilərə sığınacaq axtaran şəxsləri geri çevirmək səlahiyyəti verib.

Almaniyanın bu addımına cavab olaraq, Polşa da oxşar tədbirlər görməyə qərar verib. Polşanın baş naziri Donald Tusk iyulun 1-də bildirib ki, ölkəsi Almaniya və Litva ilə sərhəddə müvəqqəti nəzarəti bərpa edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki