image-ads_n1karobka_mobile
image-667ebd5eae5ac9688e2cbbb9backend

Almaniya Xarici İşlər Nazirliyi alman jurnalistləri Rusiyada qalmağı düşünməyə çağırıb

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bildirib ki, alman jurnalistlər Rusiyadakı mövcudluqlarına yenidən baxmalıdırlar.

“Onların hər biri Rusiyada mövcudluğunu davam etdirməyin mümkün olub-olmadığını yoxlamalıdır”, – RİA Novosti onun sözlərindən sitat gətirir.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov  bildirib ki, Rusiya Qərblə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq imkanını nəzərdən keçirir.

Kreml həmçinin bildirib ki, Rusiya hökuməti Qərbin hərəkətlərinə cavab vermək üçün bütün variantları nəzərdən keçirir, o cümlədən diplomatik münasibətlərin səviyyəsini aşağı salır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki