Almaniyada 1 mayda keçirilən kütləvi etiraz aksiyalarında minlərlə insan kansler Fridrix Merzin istefasını tələb edib.
Doğru.az xəbər verir ki, bu barədə İzvestiya qəzeti məlumat yayıb. Bildirilib ki, bir fəalın sözlərinə görə, iştirakçılar əvvəlcədən hazırlanmış ərizəni Merzin ofisinə təqdim etmək üçün toplaşıblar və həmin müraciət artıq 125 min nəfər tərəfindən imzalanıb.
Aksiya zamanı iştirakçılar şüarlar səsləndirib, mahnılar oxuyub və militarizmə qarşı mesajlar daşıyan plakatlar nümayiş etdiriblər.
Qeyd edək ki, Tagesschau daha əvvəl Berlində keçirilən 1 May həmkarlar ittifaqı yürüşündə təxminən 12 min insanın iştirak etdiyini bildirmişdi.
DOĞRU.AZ

























