image-2000x150px
image-123
image-ads_atlas
image-2024-01-21-09-13-39skjkbfdhcikrqotnonff_filebackend

Almaniyada azərbaycanlı gənci vəhşicəsinə döyərək öldürdülər

image-728x90px

Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib.

Bakupost.az xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi dörd nəfər Moldova vətəndaşı döyüb, ağır xəsarətlər yetirib.

Məlumata görə, hadisə restoranların birində baş verib. Moldovalılar restoranda istirahət edən Türkiyə vətəndaşına rusca ağır söyüşlər söyüblər. Əhliman rusca bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, dörd nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçasıyla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir.

Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki