Almaniya hökumətinin qəbul etdiyi qərarlar 2021-ci ilə nisbətən dəyəri 2-3 dəfə artmış qazın qiymətinin artmasına təsir edib.
Bu fikri “Almaniya üçün Alternativ” fraksiyasından olan Bundestaq deputatı, parlamentin enerji və iqlimin mühafizəsi komitəsinin üzvü Şteffen Kotre bildirib.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Avropada qazın qiymətinin qalxmasına Rusiyanın tədarükünü dayandıran hərəkətlərinin səbəb olduğunu bildirmişdi. Deputat bu sözləri yalan hesab edir.
Kotre hesab edir ki, enerji xərclərinin artması alman sakinlərinin rifahına zərər vuran sözdə enerji keçidi səbəbindən baş verib. Onun fikrincə, qazın qiymətinin pik həddi yalnız 2022-ci ilin avqustunda, yəni Ukraynada hərbi əməliyyatların başlamasından altı ay sonra əldə edilib. Deputat iddia edir ki, qiymət artımına nə tədarükünü davam etdirmək istəyən Rusiya, nə də müharibə təsir göstərməyib, ancaq kəsir yaradan Almaniya Federal Hökuməti olub.
“Almaniya üçün Alternativ”in sözçüsü qeyd edir ki, Almaniyanın ideologiyaya əsaslanan enerji siyasəti ölkədə qazın qiymətinin 2021-ci ilə qədər olan sabit qiymətlərlə müqayisədə iki və ya üç dəfə artması ilə nəticələnib.
Mənbə: A Haber