image-n1karobka_ads
image-123
image-32-pic_32ratio_1200x800-1200x800-70426backend

Almaniyada Şolzun “Şimal axını 2” ilə bağlı gizli razılaşmasından danışdılar

Almaniya kansleri Olaf Şolz hələ maliyyə naziri olarkən Amerikanın “Şimal axını 2” qaz kəmərinin tikintisinə qarşı sanksiyalarının qarşısını almaq üçün ABŞ-la gizli müqavilə bağlamaq niyyətində idi.

Bu barədə “Handelsblatt” qəzeti Almaniya hökumətinin məxfi sənədlərinə istinadən xəbər verir.

“2020-ci ilin yayında Scholz Donald Trampa Almaniya büdcəsindən Şimali Almaniya sahillərində mayeləşdirilmiş təbii qazın yenidən qazlaşdırılması terminallarının tikintisinə 1 milyard avro sərmayə qoymağı təklif etdi. Bunun şərti qaz kəmərinə qarşı sanksiyaların ləğvi idi”, – məqalədə deyilir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki