image-ads_n1karobka_mobile
image-inshot_20260406_145535359backend

Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan kuboku başa çatdı – FOTO

image-add-a-heading

2026-cı il aprelin 4-də Qazax Olimpiya Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyi tərəfindən Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan kuboku keçirilib.

Doğru.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrindən 28 komanda, ümumilikdə 304 idmançı iştirak edib. İdmançılar Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədzadə, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov iştirak edib. Rəsmi qonaqlar yarış iştirakçılarına uğurlar arzulayıb, bu cür yarışların gənclərin vətənpərvərlik ruhunda böyüməsində və milli idman növlərinin inkişafında rolunu vurğulayıblar.

Yarışın bədii hissəsi tamaşaçılarda xüsusi təəssürat yaradıb. Suraxanı filialının müəllimi Elşən Məmmədov və tələbələri Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını təqdim ediblər.

Komanda hesabı üzrə nəticələr:

🥇 1-ci Yer: Sabunçu komandası

🥈 2-ci Yer: Ağdam komandası

🥉 3-cü Yer: Şəmkir komandası

🥉 3-cü Yer: Beyləqan komandası

Qalib idmançılara diplom və medal təqdim edilib. Yarış, Alpaqutun inkişafına və gənclərin bu döyüş sənətinə marağının artırılmasına xidmət edir.

DOĞRU.AZ

image-img-20260406-wa0128 image-img-20260406-wa0129 image-img-20260406-wa0135 image-img-20260406-wa0136 image-img-20260406-wa0134 image-img-20260406-wa0132 image-img-20260406-wa0130 image-img-20260406-wa0133 image-img-20260406-wa0127 image-img-20260406-wa0126


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki