Aluşta şəhərinin Lazurnoe kəndində 1 hektar sahədə quru bitki örtüyü yanır.
TASS bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Yanğınsöndürmə çətin relyef, qayalıq ərazi və 12 m/s-ə çatan güclü külək səbəbindən çətinləşib”, – deyə idarədən bildirilib.
Yanğının söndürülməsinə 151 nəfər canlı qüvvə və 21 texnika cəlb olunub.
Bundan əvvəl “Roskosmos” dövlət korporasiyası Transbaykal və Buryatiyada baş verən meşə yanğınlarının peyk görüntüsünü nümayiş etdirib.
DOĞRU.AZ