image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-3backend

AMEA: Azərbaycanda ciddi su problemi yaşanır

image-728x90px

“Azərbaycanda ciddi su problemi yaşanır. Bu problem getdikdə daha qlobal hal alır”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.

O bildirib ki, 2050-ci ilə qədər çoxsaylı növlərin sıradan çıxacağı gözlənilir:

“Biomüxtəlifliyin qorunması üçün Azərbaycanda və dünyada “Qırmızı Kitab”lar mövcuddur. Bizdəki kitabın ilk nəşri 1989-cu ildə çap olunub. Orada floramız 140 növ, heyvanlar isə 108 növlə xarakterizə olunurdu. 2013-cü ildə çıxarılan ikinci nəşrdə bitki növlərinin sayı 266, heyvan növləri isə 226-ya çatıb. Hazırda “Qırmızı Kitab”ın üçüncü nəşri hazırlanır və bu il dərc olunacaq. Burada isə nəsli kəsilməkdə olan heyvan növlərinin sayı 241-ə çatıb”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki