image-ads_n1karobka_mobile
image-20170510_gaf_rr16_001-pic_32ratio_900x600-900x600-74320backend

Amerika kosmik təyyarəsi Rusiyanın qütb bölgələri üzərində uçacaq

image-add-a-heading

ABŞ Hərbi Hava Qüvvələrinin bu həftə buraxılması planlaşdırılan təkrar istifadə edilə bilən X-37B pilotsuz kosmik gəmisi Rusiyanın qütb dairələri üzərində uçacaq.

Bu fərziyyəni ekspert Marko Lanqbroek irəli sürüb.

Onun sözlərinə görə, X-37B Yer səthindən on minlərlə mil yüksəklikdə olan elliptik orbitə yerləşdirilə biləcək.

X-37B gəmisinin buraxılışı bir gün əvvəl məlum olub. CNN bildirib ki, kosmik təyyarə orbitə SpaceX Falcon Heavy raketi ilə çıxarılacaq.

Bu dəfə təkrar istifadə edilə bilən kosmik təyyarə yeddinci eksperimental missiyasına çıxacaq.

Mənbə: A Haber


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki