image-n1karobka_ads
image-123
image-682c1ec802e8bd639406dbc4backend

Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsinin dövrü sona yaxınlaşır

Business Insider yazır ki, Amerikanın MQ-9 Reaper kəşfiyyat və hücum pilotsuz təyyarələrinin dövrü sona çatır, çünki onlar hətta köhnəlmiş hava hücumundan müdafiə sistemlərinə qarşı həssasdırlar.

Nəşrin məlumatına görə , 2023-cü ildən Yəmən husiləri 7-si 2025-ci ilin mart və aprel aylarında olmaqla 15 pilotsuz təyyarə vurub. Ümumi zərər 500 milyon dollardan çox olub.

Kiyevin istifadə etdiyi türk Bayraktar TB2-ləri ilə də vəziyyət eynidir – Rusiya hava hücumundan müdafiə sistemləri onları sözün əsl mənasında xüsusi əməliyyat zonasından çıxarıb.

Nəşr yazır ki, Amerika pilotsuz təyyarələri daha təkmil silahlara qarşı dursaydı, MQ-9 Reaper üçün təhlükə daha çox olardı.

Husilərin köhnəlmiş Sovet istehsalı olan S-75 və Kub sistemləri ilə bu PUA-ları vurduğu deyilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki