image-ads_n1karobka_mobile
image-husiler-fuze-aa-1625178_1jpg-1705066568backend

Amerikanın Suriyadakı bazasına raket zərbələri endirilib

Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko yatağında yerləşən ABŞ hərbi bazası bir neçə raketlə hücuma məruz qalıb.

RİA Novosti-nin Suriyadakı səhra mənbəsinə istinadən verdiyi məlumata görə , bazaya 4 raket atılıb.

“Nəticədə güclü partlayışlar olub”, – agentlik bildirir.

Bundan əlavə, bazanın ərazisində güclü yanğının baş verdiyi qeyd edilir.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Dəməşqin mərkəzi ərazisinə hücum edib.

Mənbə RİA Novosti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki