image-2000x150px
image-123
image-ads_atlas
image-hebsxana-turme-1backend

Amnistiya olacaqmı? – AÇIQLAMA 

image-728x90px
Ölkə Prezidentinin 18 martda imzaladığı əfv sərəncamı ilə 625 məhbus ailəsinin Novruz bayramı sevincinə daha bir sevinc qatıldı. Yüzlərlə məhbus bayram gününü ailəsinin yanında keçirdi.

Doğru.az xəbər verir ki, Əfv sərəncamı imzalanmamışdan əvvəl İşçi Qrupun üzvü Novella Cəfəroğlu Publika.az-a açıqlamasında bu il həm əfv, həm də amnistiya olacağını söyləmişdi.

Bəs amnistiya gözlənilirmi? Növbəti amnistiya aktı qəbul olunacaqmı?

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev açıqlamasında söyləyib ki, amnistiya aktının qəbul olunmasının tərəfdarıdır:

“Mən də hüquq müdafiəçisi kimi amnistiya aktının qəbul edilməsinin tərəfdarıyam. Bu təkliflə çıxış etmişəm. Hesab edirəm ki, Azərbaycan 2020-ci ildə son 300 ildə ilk dəfə olaraq möhtəşəm qələbə əldə etdi. Ölkə torpaqları işğaldan azad olundu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının başçılığı altında torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsində qalibiyyətlə bağlı amnistiya aktının qəbul edilməsi məqsədəuyğun olardı”.

Hüquq müdafiəçisi bildirib ki, amnistiya başqa, əfv hüququ da tamam başqa institutdur:

“Amnistiyanı subyektiv qəbul etmək hüququ Milli Məclisə məxsusdur. Bu, konkret şəxslərə aid deyil. Amma əfv fərdi müraciətlər əsasında həyata keçiriləcək bir hüquqdur və Prezidentin müstəsna səlahiyyətindədir. Əfv və amnistiya fərqli institutlar olduğu üçün fərqli-fərqli subyektlər tərəfindən reallaşdırılır”.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki