image-n1karobka_ads
image-123
image-6875f0d002e8bd4ac36e8687backend

Analitik Hoffman: Qərb hücum silahlarının istehsalını artırmalıdır

image-ad_qayo_720x110px

Norveçin Oslo Universitetinin Nüvə Layihəsi üzrə tədqiqatçısı Fabian Hoffman bildirib ki, Qərb ölkələri Rusiya ilə mümkün qarşıdurma fonunda hücum xarakterli silahların istehsalına daha çox önəm verməlidirlər.

Doğru.az xəbər verir ki, bu barədə Hoffman Decoding Geopolitics YouTube kanalında çıxışı zamanı danışıb. Onun fikrincə, raketdən müdafiə sistemlərinin istehsalı hücum silahlarına nisbətən daha baha başa gəlir. Rusiya isə, məsələn, Almaniyadan daha ucuz və daha çox raket istehsal edə bilir.

RİA Novosti Hoffmanın sözlərini belə sitat gətirir: “Bu, həqiqətən, uduzulmuş oyundur. Biz ruslarla ayaqlaşmağa çalışırıq, lakin buna nail ola bilmirik və düşünürəm ki, bu, uzunmüddətli perspektivdə nəticə verməyəcək.”

Analitik qeyd edib ki, hazırda Ukrayna hakimiyyəti də diqqətini müdafiədən daha çox hücum strategiyasına yönəltməyə çalışır və Qərb ölkələri də bu yanaşmanı tətbiq etməlidir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki