image-n1karobka_ads
image-123
image-66cee36f02e8bd7ddf1411c5backend

Analitik Özer: Sanksiyaların ləğvi Ukrayna ilə bağlı razılaşmanın bəndlərindən birinə çevrilə bilər

image-ad_qayo_720x110px

Türkiyəli analitik Engin Özer hesab edir ki, Ukraynada sülh sazişinin bəndlərindən biri də anti-Rusiya sanksiyalarının ləğvi ola bilər.

Onun sözlərinə görə, Ukraynada münaqişəyə son qoymaq üçün iki variant var.

Birincisi, nəzarət edilən ərazilərdə tərəflərin səlahiyyətlərini saxlamaqla qeyri-müəyyən atəşkəs – münaqişənin dondurulmasını nəzərdə tutur.

İkinci varianta tərəflərin ərazi bütövlüyünü tanıyan və beynəlxalq səviyyədə tanınmasını təmin edən sülh sazişi daxildir.

“İkinci modeldə razılaşmanın bəndlərindən biri sanksiyaların ləğvi ola bilər. Əslində, İstanbul sazişi layihəsində sanksiyalarla bağlı müəyyən razılıq əldə olunub”, – deyə Özer bildirib, RİA Novosti xəbər verir.

Eyni zamanda o qeyd edib ki, birinci model tətbiq olunarsa, sanksiyaların götürülməsi mümkün olmayacaq.

Analitik bir müddət əvvəl Ukrayna xalqının referenduma və Rusiya ilə sülh danışıqlarına hazırlaşdığı barədə fikirlər səsləndirmişdi.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki