image-2000x150px
image-123
image-ads_atlas
image-1709292416206971404_1200x630backend

ANAMA: Ötən ay 1941 partlamamış hərbi sursat zərərsizləşdirilib

image-728x90px

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Doğru.az-a bildirilib ki, fevral ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 437, tank əleyhinə 159 mina və 1941 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 4562.6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki