Ötən gün Ağdərə rayonunda çəkilən bu iki foto, torpaq həsrəti ilə yanmış insanların gözlərindəki kədəri sevinc və fərəh göz yaşları ilə əvəzləyən anı əks etdirir. Bu qucaqlaşma təkcə iki insanın deyil, ana və ata mehribanlığının, xalqın birliyinin, səmimiyyətin və ümidin təcəssümüdür.
Uzun illər həsrət çəkən anaların qəlbinə təsəlli, dayaq olmaq – ən böyük mərhəmət nümunəsidir. İnsanlar liderinə sarıldığı kimi ürəkdən, könüldən sarılır. Sözlər artıq əhəmiyyətini itirir, çünki hər şey baxışlarda, göz yaşlarında, sıx sarılışda ifadə olunur.
Bu şəkillər həm kədərin, həm də sevincin gözəl qarışığını göstərir və xalqla dövlət arasında sevgi və ümidin möhkəm bağını simvolizə edir.
Müəllif: Şamxal Adıgözəlov