image-n1karobka_ads
image-123
image-694af98302e8bd690d4306d8backend

Ankara yaxınlığında Liviyalı nümayəndə heyətini daşıyan təyyarə qəzaya uğradı

image-ad_qayo_720x110px

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, Ankara yaxınlığında qəzaya uğrayan Liviya nümayəndə heyətini daşıyan təyyarənin qalıqları aşkar edilib.

Doğru.az xəbər verir ki, nazir məlumatı X sosial şəbəkəsində paylaşıb.

Açıqlamaya görə, “Ankaradakı Esenboğa Hava Limanından Tripoli istiqamətində havaya qalxan təyyarənin qalıqları Jandarma bölmələrimiz tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən iki kilometr cənubda aşkar edilib”.

Türkiyə daha əvvəl təsdiqləyib ki, təyyarənin göyərtəsində Liviyanın Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki