ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələrinin maliyyə departamentlərinin rəhbərləri Çin iqtisadiyyatının artımının yavaşlaması və bununla bağlı riskləri müzakirə ediblər.
Bloomberg bu barədə Yellenin San-Fransiskoda APEC maliyyə nazirlərinin görüşlərinin yekunu üzrə mətbuat konfransındakı çıxışına istinadən xəbər verir.
ABŞ maliyyə nazirinin sözlərinə görə, söhbət Çin iqtisadiyyatının ləngiməsindən gedirdi. Yellen qeyd edib ki, Xəzinədarlıq rəhbərləri iqtisadi proqnozun aşağı salınması riskləri ilə bağlı razılığa gəliblər və bu, təkcə ABŞ-a deyil, həm də APEC-in bir çox iqtisadiyyatlarına təsir göstərə bilər.
Bundan əvvəl Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələrində iqtisadi artımın 2023-cü ildə yavaşlayacağı və qlobal səviyyədən aşağı qalacağı bildirilirdi.
Mənbə: Bloomberg