Amerika animasiya korporasiyası Walt Disney, film şirkətləri Warner Bros. Discovery, Paramount və Sony Pictures şirkətləri X sosial şəbəkəsindəki reklam kampaniyalarını onun sahibi İlon Maskın daha əvvəl platformada dərc edilmiş antisemit postunu dəstəklədiyinə görə dayandırır.
Bu barədə The Hollywood Reporter jurnalı məlumat yayıb.
“Axios” xəbər portalının məlumatına görə, “Apple” texnologiya şirkəti də bu sosial şəbəkədə reklam verməkdən müvəqqəti imtina edəcək.
“Apple” noyabrın 17-də platformada reklam alışını dayandırıb”, – məlumatlı mənbə portala bildirib.
Bundan bir qədər əvvəl Musk bir internet saytı istifadəçisinin yəhudi icmalarının “ağ insanlara nifrət yaydığını” dərc etməsini açıq şəkildə dəstəkləmişdi.
Bundan əvvəl amerikalı sahibkar və multimilyarder İlon Mask soyqırımı açıq şəkildə dəstəkləyən X sosial şəbəkəsinin istənilən istifadəçisinin bloklanacağına söz vermişdi.
Mənbə: Haberler.com