Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) 2026-cı il üzrə ilk İdarə Heyəti iclası keçirilib.
Doğru.az-a AQC-nin İctimaiyyətlə əlaqələr Departamentindən bildirilib ki, iclasda Cəmiyyətin sədri Vüqar Oruc gündəlik məsələlər, fəaliyyət planları və təşkilati prioritetlər barədə məlumat verib.
Toplantıda Vüqar Orucun AQC və Biznes Mərkəzi Klubu tərəfindən mükafatlandırılması da diqqətə çatdırılıb. Həmçinin Cəmiyyətə yeni üzvlərin qəbul edilməsi qərara alınıb. Rüfət Əliyev isə İnzibati işlər departamentinin rəhbəri təyin olunub.
İclas zamanı AQC-nin əsasnaməsi təsdiqlənib, milli qiymətləndirmə standartlarının hazırlanması ilə bağlı işlərin vəziyyəti müzakirə olunub. Dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi planı da diqqətə alınıb.
İclasın sonunda maliyyə və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DOĞRU.AZ




























