image-2000x150px
image-863e1402-c5d9-34ac-8e94-6359e7ffb071_850backend

“Araz-Naxçıvan” Çempionlar Liqasında mübarizəyə başlayır

image-728x90px

“Araz-Naxçıvan” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ilk sınağında İsveç “Orebro”su ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın Mostar şəhərindəki “Mithad Hujdur Hujka Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Matçın baş hakimi ispaniyalı David Abtequya Urdanoz olacaq. Ona slovakiyalı Lukaş Peşko və çexiyalı Yan Kresta kömək edəcək.

Qrupun digər oyununda Serbiyanın “Loznika Qrad” klubu ilə Bosniya və Herseqovina “Mostar”ı üz-üzə gələcək.

Çempionlar Liqası

Əsas mərhələ, I tur

26 oktyabr

19:30. “Araz-Naxçıvan” (Azərbaycan) – “Orebro” (İsveç)

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)

Mostar, “Mithad Hujdur Hujka Arena”

Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də “Loznika Qrad”a qarşı keçirəcək.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki