image-n1karobka_ads
image-123
image-argentina-jpg2_backend

Argentina yüksək inflyasiya səbəbindən yeni əskinasları dövriyyəyə buraxacaq

Argentina prezidenti Xavyer Miley ölkədəki yüksək inflyasiya fonunda 20 və 50 min peso nominalında yeni əskinasların dövriyyəyə buraxıldığını açıqlayıb.

“La Nación” qəzetinə müsahibəsində o qeyd edib ki, əskinaslarla bağlı mövcud vəziyyət əsl işgəncədir, çünki nağd ödənişlər etmək üçün çoxlu sayda əskinas gəzdirmək lazımdır.

Hazırda Argentinada ən böyük əskinas 2 min peso nominalına malikdir ki, bu da iki kiloqramdan az şəkər və ya düyü almağa imkan verir. Halbuki iki min peso kafedə bir fincan kofe və bir çörək belə ödəməyə kifayət etmir.

Ölkədə vəziyyəti yaxşılaşdırmaq və nağd əməliyyatları asanlaşdırmaq üçün 20 min və 50 min peso nominalında yeni əskinaslar buraxılacaq. Hazırda ən çox yayılmış əskinaslar 500 və 1000 pesodur.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki