ABŞ-ın Arizona ştatında MD 369FF tipli özəl helikopter dağlıq ərazidə qəzaya uğrayıb.
Doğru.az xəbər verir ki, ABC News-un məlumatına görə, helikopterdə dörd nəfər olub. Xilasedicilər qəza yerinə çatmağa çalışırlar. Hələlik itkilər və ya ölənlər barədə rəsmi məlumat yoxdur.
Şerifin ofisi bildirir ki, helikopter Kuin Krik şəhərindəki Peqasus aerodromundan havaya qalxıb.
Qeyd edək ki, dekabrın sonunda Nyu-Cersi ştatında iki helikopter havada toqquşaraq qəzaya uğramışdı. Bundan başqa, Braziliyanın Rio-de-Janeyro şəhərində Kopakabana çimərliyi yaxınlığında reklam şirkətinə məxsus Cessna 170A ultra yüngül təyyarəsi Atlantik okeanına düşmüş, pilot həlak olmuşdu.
DOĞRU.AZ




























