image-n1karobka_ads
image-123
image-6883a989ae5ac910f05f3b75backend

Armen Sarkisyanın qətli terror aktı kimi tanındı

image-ad_qayo_720x110px

“Arbat” batalyonunun təsisçisi Armen Sarkisyanın Moskvanın “Qırmızı yelkənlər” yaşayış kompleksində partladılması ilə bağlı iş rəsmi olaraq terror aktı kimi tanınıb.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəsmisi Maksim Denisov “Moskovski Komsomolets”ə müsahibəsində məlumat verib.

O bildirib:

“Biz həqiqətən də Sarkisyanın qətli ilə bağlı işi terror aktı kimi yenidən təsnif etdik. İstintaqda ciddi irəliləyiş var”.

İlkin araşdırmalara əsasən, partlayış Ukrayna hakimiyyətinin göstərişi ilə həyata keçirilib. Cinayətdə istifadə olunan mina uzaqdan idarə edilən xüsusi detonatorla işə salınıb. Müşahidə aparan azı iki nəfər müəyyən olunub, onlardan biri hadisədən dərhal sonra Rusiyanı tərk edib və indi beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, partlayış 3 fevralda baş vermişdi. Hadisə nəticəsində iki nəfər, o cümlədən Donetsk Xalq Respublikasının Boks Federasiyasının rəhbəri Armen Sarkisyan həlak olub.

RT-nin məlumatına görə, hadisə ilə bağlı saxlanılan iki şübhəli Ermənistanın Vaqarşapat şəhərində anadan olmuş və uzun illər Rusiyada rəqqas kimi fəaliyyət göstərmiş şəxslərdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki