image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220103_100537_297backend

Arsenal” hörmətə layiqdir”

image-728x90px

“Mançester Siti”nin futbolçusu Rodri Premyer Liqada “Arsenal”a qarşı keçirdikləri oyunu (2:1) şərh edib.

Doğru.az xarici mətbuata istinadən xəbər verir ki, komandasına qələbə qazandıran qolu vuran ispan yarımmüdafiəçi, matçla bağlı bunları söyləyib:

“Mövsümdə iki-üç oyunumuz belə alınır. “Arsenal” nə üçün yüksək yerlərdə olduğunu göstərdi. Komanda Mikel Artetanın sayəsində inkişafdadır. “Arsenal” hörmətə layiqdir.

“Arsenal”ın oyuna hazırlaşmaq üçün 6 gün vaxtı var idi. Biz isə həftədə üç oyun keçiririk. Buna görə də, bəzən fiziki durumumuz tam yaxşı olmaya bilər.

Matçın ilk hissəsində problemlər yaşadıq. Lakin ikinci hissədə oyunda üstünlüyü ələ aldıq və sonda qələbə qazanmağı bacardıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki