image-ads_n1karobka_mobile
Artıq xeyli müddətdir fəaliyyəti dayanan “Xəzər Lənkəran”ın əmlakı satışa çıxarılıb.backend

Artıq xeyli müddətdir fəaliyyəti dayanan “Xəzər Lənkəran”ın əmlakı satışa çıxarılıb.

Doğru.az-ın məlumatına görə, klubun bazası və stadionuna aid avadanlıqların bir çoxu artıq yeni sahibini tapıb.

Klubun maliyyə mənbəyi olan Mübariz Mənsimovun həbsindən sonra maddi durumu son dərəcə pisləşən qardaşı Mais Mənsimov vəsait əldə etməyin yolunu bunda görüb.

“Xəzər Lənkəran”ın prezidentinin göstərişi ilə əmlakın dəyər-dəyməzinə satılmasına başlanııb. Qısa müddətdə bazanın mülkiyyəti xeyli azalıb, 10-12 il öncə alınan əşyalar real qiymətindən kifayət qədər aşağı məbləğə “əldən çıxarılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki