image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240205-wa0144backend

ASAN Könüllüləri” Təşkilatı Gənclər Gününə həsr olunmuş layihə həyata keçirib – FOTO

image-728x90px

29 yanvar – 4 fevral tarixində “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Dinamik Gənclik Həftəsi IV” layihəsi reallaşdırılıb.

4 ildir təşkil olunan layihənin məqsədi Azərbaycan gənclərinin maarifləndirilməsi, inklüziv cəmiyyət dəyərlərinə əsaslanması, yeni dostluq əlaqələrinin qurulması, şəbəkələşmənin təmin olunmasıdır.

Layihə müddətində müxtəlif təlimlər, maarifləndirici seminarlar, motivasiyaedici görüşlər, ustad dərsləri, komanda oyunları, intellektual yarış, şahmat turniri və əyləncə proqramı təşkil olunub.

Könüllülər bu müddətdə “Coca-Cola” zavoduna, IDEA Heyvanlara Qayğı Mərkəzinə, “Suraxanı” gəmi muzeyinə və “Turan atçılıq mərkəzi”nə də ekskursiya ediblər.

Həftə ərzində müxtəlif təlimlərdə, idman oyunlarında, master-klasslarda, “Milli irs ekranlarda”, “Yaşıl həyat naminə” adlı intellektual oyunlarda iştirak ediblər.

Layihə çərçivəsində könüllülərimizin maraq dairəsinə, ixtisasına uyğun olan müxtəlif ekspertlərlər və dövlət rəsmiləri ilə görüşlər həyata keçirilib.

“Dinamik Gənclik Həftəsi IV” layihəsinə 600-dən çox ASAN könüllüsü qoşulub.

DOĞRU.AZ

image-img-20240205-wa0147 image-img-20240205-wa0146 image-img-20240205-wa0143 image-img-20240205-wa0145 image-img-20240205-wa0144

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki