image-n1karobka_ads
image-123
image-fc7df837-e4ed-4b21-8683-cc70cd847e01backend

ASAN könüllülərinin “Əsgərə məktub” layihəsi davam edir

image-ad_qayo_720x110px

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərinin 7-ci ildönümü ilə əlaqədar tədbir baş tutub.

Tədbir Ağcabədi şəhərindəki hərbi hissələrin birində keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmçinin “Əsgərə Məktub” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımız tərəfindən yazılmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanan kitablar əsgərlərə təhvil verilib.

Vətən Müharibəsi Qəhrəmanı, şəhidimiz mayor Anar Şükürovun oğlu, ASAN könüllüsü Ümid Şükürlü qəhrəman atası və ordumuz ilə bağlı təəssüratlarını əsgərlərimizlə bölüşüb.

Sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvlərinin vətənpərvərlik ruhunda ifaları səsləndirilib.

Sonda hərbi hissə ərazisinə ekskursiya baş tutub.

DOĞRU.AZ

image-700b1a57-5e62-43cd-8fdc-a01e9125fe26 image-5493d081-d102-46e5-8a78-472caa07f42f image-9523afff-ede6-4ff7-bdf9-703e99ce16a0 image-755807bd-bee6-450c-8eb2-69307f97cc0b image-dd9bd5d2-b828-48f0-a5e8-13724e0e8c4d

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki