image-n1karobka_ads
image-123
image-wwyien3raqvscqrlbjskhudes1elrjihq45fqodh_640backend

Astana sakinləri Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər – VİDEO

Astana sakinləri Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarının (AZAL) “Embraer 190” təyyarəsinin qəzası zamanı həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycan səfirliyinin qarşısına gül dəstələri gətirirlər.

Doğru.az“-ın verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Bildirilir ki, Qazaxıstan paytaxtının sakinləri həlak olanların yaxınlarına dəstəklərini də ifadə ediblər.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan və Qazaxıstan vətəndaşı olan bir qrup şəxs Mangistau vilayətində yerləşən regional xəstəxanaya axın edərək yaralılara yardım məqsədilə qanvermə aksiyası keçiriblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki