image-2000x150px
image-123
image-ads_atlas
image-f58ccb63-d108-30bd-bb6c-af0c0b874ae5_850backend

Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolu əsaslı şəkildə təmir olunur – FOTO/VİDEO

image-728x90px

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə start verib.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ümumi uzunluğu beş km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilir, buraya dördmetrlik hərəkət hissəsi və ikimetrlik çiyinlər daxildir.

Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, kipləşdirmə işləri aparılır, zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılır.

Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.

Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir. “İnşaat Norma və Qaydaları”na əsasən, layihənin sonuncu mərhələsində qum-çınqıl qarışığından ibarət yol geyiminin tikintisi aparılacaq.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu iki yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

DOĞRU.AZ

image-72af42dd-93a6-34df-a77b-cf4040dea813 image-b7fc8c04-4164-30ed-9be9-e316d8b2196e image-ebc768b9-2891-3790-ad19-63d18575bc9d image-e2220a4a-69ae-326c-a14b-375f9fea7387 image-95f6e3d3-f740-3898-b652-4396984baa8e image-4cf2d6be-66ea-381e-b4f1-0e963dfc774a image-5b05190c-777e-35ee-b6f1-0caea2c70e3d image-5ca62142-bba2-3743-bad1-da944d624be6

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki