image-2000x150px
image-123
image-ads_atlas
image-26b1b5a11ea28c7c2bacb2c43eb697e6backend

“Atletiko” Simeone ilə bağlı qərarını verdi

image-728x90px

“Atletiko” baş məşqçisi Dieqo Simeoneni istefaya göndərməyəcək.

Qol.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Bildirilib ki, mütəxəssisin rəhbərlik qarşısında böyük etimadı var. Hazırda onun istefasından söhbət gedə bilməz. Lakin rəhbərlik komandanın bu mövsümdəki nəticələrinə görə məyusdur.

Klub mövsümün sonuna qədər Simeoneyə vəziyyəti düzəltmək üçün vaxt və fürsət vermək niyyətindədir. “Atletiko” çempionat zamanı məşqçi dəyişməyi planlaşdırmır.

Qeyd edək ki, Madrid təmsilçisi La Liqada 10 xalla 7-ci pillədə qərarlaşıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki