image-ads_n1karobka_mobile
image-16611373265169035287_1000x669backend

Avropa çempionatı: Şahmatçılarımız liderlər qrupunda qərarlaşdılar

Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatında təmsilçilərimiz uğurla çıxış edirlər.

Iki turdan sonra Azərbaycan şahmatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva maksimum xalla liderlər qrupunda qərarlaşıblar.

Gülnar Məmmədova, Ləman Hacıyeva 1,5, Gövhər Beydullayeva 1, Xanım Balacayeva, Səbinə İbrahimova 0,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir avqustun 31-dək davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki