Avropa İttifaqı Rusiyaya qarşı 13 və 14-cü sanksiyalar paketini hazırlayır.
Bu barədə “İzvestiya” qəzeti Avropa Parlamentinin Çexiyadan olan deputatı Tomaş Zdexovskiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, onların hazırlanması çox vaxt aparmayacaq və yeni paketlər “çox tezliklə” Aİ-yə üzv ölkələrə təqdim oluna bilər.
Estoniyalı deputat Yana Toomun sözlərinə görə, yeni sanksiyaların qəbulu təşəbbüsü əsasən Baltikyanı ölkələrdən gələcək. Eyni zamanda, o, nəşrlə söhbətində qeyd etdi ki, sanksiya aləti sonsuz deyil və haradasa bir məhdudiyyət var ki, tezliklə gələ bilər.
Mənbə: Gazeta.ru