image-ads_n1karobka_mobile
Avropa Liqası: 20 komanda növbəti mərhələyə vəsiqə qazana bilərbackend

Avropa Liqası: 20 komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.

Doğru.az xəbər verir ki, “Qarabağ” İsrailin “Makkabi” (Tel-Əviv) komandasını qəbul edəcək.
I qrupunun digər matçında İspaniya “Vilyarreal”ı Türkiyədə “Sivasspor”un qonağı olacaq.

İsveçrənin “Yanq Boyz”, Çexiyanın “Slaviya” (Praqa), Almaniyanın “Bayer” (Leverkuzen), Şotlandiyanın “Reyncers”, Portuqaliyanın “Benfika”, İspaniyanın “Qranada”, Niderlandın PSV, İtaliyanın “Napoli”, Niderlandın AZ, İspaniyanın “Real Sosyedad”, Portuqaliyanın “Braqa”, Fransanın “Lill”, İtaliyanın “Milan”, İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi”, Belçikanın “Antverpen”, İngiltərənin “Tottenhem”, Xorvatiyanın “Dinamo”, Niderlandın “Feyenoord” və Serbiyanın “Srvena Zvezda” komandaları bu turda 1/16 finala vəsiqəni təmin edə bilərlər.

İtaliyanın “Roma”, İngiltərənin “Arsenal”, “Lester” və Almaniyanın “Hoffenhaym” komandaları növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki