image-2000x150px
image-123
image-ads_atlas
image-6bd686ad-88b7-3196-989c-bd3b7542fb56_850backend

Avropa Liqası: “Qarabağ”ın növbəti rəqibi uduzub

image-728x90px

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos” komandası Yunanıstan Super Liqasında V turun oyununu keçirib.

Pirey təmsilçisi səfərdə “Aris”lə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Hesabı 15-ci dəqiqədə “Olimpiakos”un futbolçusu Georgios Masuras açıb. Lakin Saloniki komandası fasilədən sonra 2 qol vuraraq, əzmkar qələbə qazanıb.

Bu nəticədən sonra “Olimpiakos” 8 xalla 6-cı pillədə qərarlaşıb. Xalını 10-a çatdıran “Aris” isə 3-cüdür.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”la oktyabrın 6-da səfərdə, oktyabrın 13-də isə evdə üz-üzə gələcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki