image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-10-07t005152-714backend

Avropa Liqası: “Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi – YENİLƏNİB 

image-728x90px

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

  “köhlən atlar” G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olub. “Georgios Karaiskakis” stadionunda oynanılacaq qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur.

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 3-cü qol vurulub.

  Ramil Şeydayev 86-cı dəqiqədə baxımlı zərbə ilə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib – 3:0

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 2-ci qol vurulub.

“köhlən atlar”dan Marko Veşoviç 82-ci dəqiqədə komandasının üstünlüyünü daha da artırıb -2:0.

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

Ovusu Kvabena 68-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib -1:0.

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ikinci hissə başlayıb.

ilk yarıdan sonra hesab açılmayıb – 0:0.

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.

komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

 “Georgios Karaiskakis” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda üz-üzə gələcək “Olimpiakos” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Olimpiakos”: 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges

Ehtiyar oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi

Baş məşqçi: Miçel Qonsales

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Georgios Karaiskakis” stadionunda oynanılacaq “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki