image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210517_113325_927backend

Avropa Oyunlarına daha bir idman növü daxil edildi

image-728x90px

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha bir idman növünün daxil edilməsi təsdiqlənib

Doğru.az Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, Polşadakı yarışda 3×3 basketbol yarışları da keçiriləcək.

Bu növ üzrə kişi və qadınların mübarizəsinə 16 komanda qatılacaq. Krakov və Malopolyedə ümumilikdə 128 basketbolçu olacaq.

Rusiyanın kişilərdən ibarət milli komandası “Bakı 2015” I Avropa Oyunlarında və Belarusun paytaxtı Minskdə keçirilmiş II Avropa Oyunlarında qızıl medal qazanıb.

Bakıda Fransanın qadınlardan ibarət komandası, Minskdə isə Estoniya seçməsi eyni uğuru əldə edib.

Qeyd edək ki, III Avropa Oyunlarının 9 – 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki