Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatları artıq rekord səviyyədə deyil, onlar 94,39% səviyyəsinə düşüb. Bu barədə Economics News Agency Gas Infrastructure Europe (GIE) hesabatına istinadən yazır.
Avropada yeraltı qaz anbarlarının doldurulma səviyyəsi 6,3% azalıb. Amma bu, hələ də son beş illə müqayisədə 10 faiz bəndi çoxdur. Dekabrda Avropada yanacaq ehtiyatları 0,41% azalıb.
Noyabr ayında avrozona ölkələri soyuq hava şəraitində öz yeraltı anbarlarından qaz çıxarılmasını artırmağa davam ediblər. Noyabrın 11-nə yanacağın çıxarılması 67 milyon kubmetrə çatıb. Lakin vurulma cəmi 43 milyon kubmetr təşkil edib. Noyabrın 24-nə Avropanın anbarları 99,45% dolu olub. Qaz ehtiyatları 109,64 milyard kubmetr təşkil edib.
Mənbə: A Haber